Vladimir Putin

Putinin Türkiyə səfərinin məqsədi açıqlandı

264
(Yenilənib 20:34 14.11.2018)
"Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək

BAKI, 14 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyədə "Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək. Kremldən verilən yazılı açıqlamada, Rusiya lideri Putinin mərasimdə iştirak etmək üçün İstanbula gedəcəyi vurğulanır.

Açıqlamaya görə, Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq.

Bundan başqa, liderlər İstanbulda ikitərəfli görüş keçirəcəklər. Görüşdə Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq problemlər müzakirə ediləcək.

264
Teqlər:
açılış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk Axını, İstanbul, Türkiyə, Rusiya prezidenti Vladimir Putin
Əlaqədar
Putin radikallığın artmasının səbəbini göstərdi
Putin və Tramp Fransada görüşdülər
Putin "Türk axını" barədə müjdə verdi
Putin hərbi kəşfiyyatın əvvəlki adını bərpa edir
Putin, Nazarbayev və Lukaşenko bu gün Ermənistanla bağlı önəmli qərar verəcək