CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağlımıza gəlməyənlər olur - Robotlar intim münasibət təklif edəcək

Abunə olmaq
Seçdiyi robotla ilk dəfə birlikdə olmaq istəyən müştərilər isə bunun üçün 10 min dollar ödəməli olacaq

BAKI, 13 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında gələn il "Evanın Robot Xəyalları" adlı escort evi açılacaq.

Sputnik Türkiyə xəbər verir ki, burada robotlarla “razılıq əsasında” cinsi münasibət təklif ediləcək.

Робот, фото из архива - Sputnik Azərbaycan
Robot nə hoqqalardan çıxdı - VİDEO

Robotlarla cinsi münasibətdə olmaq istəyən müştərilər onun razılığını almaq üçün əvvəlcə söhbət edəcəklər.

Eskort evinin rəhbəri Unikol Unikronun fikrincə, robotlar da hörmətə layiqdir. Bura gələn müştərilər xüsusi aplikasiya vasitəsilə öncədən istədikləri robotla ünsiyyətdə ola biləcəklər.

Müştəri münasibətdə olmaq istədiyi robotla görüşmək istəsə, evin kafesindən istifadə edə biləcək. Bir seks robotu ilə xüsusi vaxt keçirmək müştəriyə 122 dollara başa gələcək. Seçdiyi robotla ilk dəfə birlikdə olmaq istəyən müştərilər isə bunun üçün 10 min dollar ödəməli olacaq.

Xəbər lenti
0