Dağların zirvəsində qar

Qar-çovğun yaxınlaşır

920
(Yenilənib 12:50 12.11.2018)
Yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 12 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 12-16, dağlarda 3-6 dərəcə isti təşkil edəcək.

920
Teqlər:
yağış, qar, hava
Əlaqədar
Yağış Badamdarda torpaq axınına səbəb oldu
Külək, yağış, qar xəbərdarlığı edilir
Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"
 Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib

Xaricdə olsa milyonlar qazanardı - Bizdə isə hələlik insanların xeyir-şərini yola verir

23
(Yenilənib 15:28 15.08.2020)
Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq. 

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Goranboy rayon Yəhərçi Qazaxlar kənd sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib. O, kvadrasiklə yaxın olan bu texnikanı bir il müddətində ərsəyə gətirib. M.Xəlilovun hazırladığı kvadrasikl avtomobillərin keçə bilmədiyi yerlərdə asanlıqla hərəkət etmə qabliyyətinə malikdir.

Sputnik Azərbaycan-la söhbətində Goranboy sakini uşaqlıqdan texnikaya marağının böyük olduğunu və həmişə işlərini yüngülləşdirmək üçün xüsusi texnikalar hazırlamağa maraqlı olduğunu danşıb:

© Sputnik / Ilham Mustafa
Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib

"Filmlərdə çox görürdüm hər şəraitdə hərəkət edə bilən texnikaları. Qərara aldım ki, öz əlimlə birini yığacam. Bütün işlərini özüm gördüm və belə texnika ərsəyə gəldi" - deyərək məlumat verib.

M.Xəlilov kvadrasiklin hazırlanması üçün mütəmadi olaraq internetdən də istifadə edib. Onun hazrlanmasında əsasən "Jiquli" və motosikl ehtiyat hissələrindən yararlanıb. Digər hisslərini isə dəmir vasitəsilə qaynaq edərək hazırladığını deyib:

  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
  • Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Goranboy sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından düzəltdiyi xüsusi texnika

"Əsasən "Jiquli" avtomobilinin ehtiyat hissələridir. Dəyişikliklər edərək quraşdırmışam. Bir də müxtəlif model motosikllərin detallarından istifadə etmişəm. 1200 manata başa gəlib. Heç bir maşın çıxa bilmədiyi yerlərdə hərəkət edir" - deyə Xəlilov bildirib.

Xəlilov kvadrasiklə marağın böyük olduğunu, getdiyi yerlərdə onunla şəkil çəkdirmək istəyən, saxlayıb sual verib maraqlananların çox olduğunu bildirib. Bu texnikanı almaq istəyənlərin də olduğunu deyən Goranboy sakini 2 min manat təklif edildiyini də söyləyib. Lakin daha təkmil bir kvadrasikl hazırladıqdan sonra satacağını bildirib.

Usta kvadrasikldən xeyriyyə məqsədilə də istifadə edir. O yaşadığı kəndin xeyir-şər işlərində kvadrasiklin arxasına qoşqu ilə bağladığı çən ilə su daşıyır. Bunun müqabilində isə heç bir ödəniş qəbul etmir. Çünki işi xeyriyyə məqsədilə edir.

Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq. 

23
Polis əməkdaşı, arxiv şəkli

Sumqayıtdakı insidentlə bağlı cinayət işi başlanıb, saxlanılanlar var

3
(Yenilənib 15:13 15.08.2020)
Xuliqanlıq edərək bir nəfərə qarşı zor tətbiq edən və bunu lentə alaraq sosial şəbəkələrdə yayan şəxslər saxlanılıblar.

BAKI, 15 avqust - Sputnik. Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Sputnik Azərbaycan Daxili İşlər Nairliyinin məlumatına istinadla xəbər verir ki, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb. Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

https://www.youtube.com/watch?v=gV3RJ8r2yKs&feature=emb_logo

3