Профилактика рака груди, фото из архива

Daimi müşahidə ölüm riskini azaldır

142
(Yenilənib 22:39 11.11.2018)
Mütəmadi olaraq müayinələrdən keçmək xəstəni daha çox yaşamasını təmin edir

BAKI, 11 noyabr — Sputnik. Süd vəzisi xərçəngini riskini müşahidə altında saxlamaq bu xəstəlikdən ölüm hallarını 60 faiz azalda bilər. Sputnik Azərbayacn xarici mətbuata istinadla xəbər verir ki, aparılan araşdırmadan sonra kraliça Mariya adına London universitetinin onkoloqları bu nəticəyə gəliblər.

İsveçdə 1977-2015-ci illər ərzində 40-69 yaşlı 52 min qadın araşdırmada iştirak edib. Müəyyən edilib ki, müşahidə proqramında iştirak edən qadınlarda xəstəliklə bağlı diaqnoz qoyulduqdan sonra ilk 10 il ərzində xəstəlikdən ölüm halı 60 faiz, sonrakı 20 il ərzində 47 faiz azalıb.

Araşdırma müəlliflərinin fikrincə, mütəmadi olaraq müayinələrdən keçmək xəstəni daha çox yaşamasını təmin edir. Böyük Britaniyada süd vəzisi xərçənginin daimi müşahidəsi 50-70 yaşlı bütün qadınlara təklif edilir. Bu müayinələrdən isə ancaq 70 faiz qadın istifadə edir.

142
Teqlər:
ölüm, risk, müşahidə, süd vəzi xərçəngi
Əlaqədar
"Xərçəng olduğum dəqiqləşsə, vəzifəmdən istefa verəcəyəm"
Türkiyədə ağıllı dərman: Xərçəng xəstələrinin ömrü 5 ilədək uzadılır
Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb
Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edildi
Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

2
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

2
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

3
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

3
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev