Buz parçası

NASA 18 il əvvəl qopan okeanda dolaşan aysberqin görüntüsünü yayımladı

156
(Yenilənib 19:37 08.11.2018)
NASA qütb bölgəsində buzların əriməsi ilə bağlı kadrları yayımladı

 

BAKI, 9 noyabr — Sputnik. NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") qlobal istiləşmənin son nəticəsi olaraq buzların əridiyini özündə əks etdirən kadrları yayımlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə yayılan kadrlar arasında qopan buz hissəciyi daha çox diqqət çəkib. Sosial mediada “Tabul buzlağı” adlanan buz parçasının 2000-ci ildə qopduğu qeyd olunur. Məlumata görə buz parçası 18 ildir ki, okeanda yolçuluq edir.

NASA-nın dərc etdiyi buzun şəkli
NASA-nın dərc etdiyi buzun şəkli

Elm dünyası isə alim Xristian Aidin hesabatındakı iddiaların həyata keçməsindən danışır. Bu hesabatda qlobal istiləşmənin dəhşətli nəticələr yaradacağı qeyd olunurdu.

156