İntihar kəndiri, arxiv şəkli

Sevdiyi qızı nişanladılar, intihar etdi

40
(Yenilənib 19:36 08.11.2018)
Hadisə ilə bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi açılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 noyabr - Sputnik. Gənc oğan xalası qızını başqasına nişanladıqları üçün inthar edib.

Hadisə Xızı rayonunun Qarabulaq kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü İsmayılov Səxavət Umud oğlu yaşadıqları evin damından özünü asaraq intihar edib.

Kənd sakinlərinin sözlərinə görə, intiharın səbəbi S.İsmayılovun əsgərlikdən gəldikdən sonra sevdiyi xalası qızını başqasına nişanlamaları olub.

Hazırda gəncin meyiti Bakı şəhərinə morqa aparııb.

Hadisə ilə bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi açılıb.

40
Əlaqədar
Bakının "kabuslu" yaşayış binasında daha bir intihar şoku
Şəmkir sakini arvadını baltalayandan sonra intihar etdi