Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov

İlham Rəhimovun  “Cinayət cəzanın fəlsəfəsi” əsəri qazax dilinə tərcümə edilib

17
(Yenilənib 16:07 07.11.2018)
“Cinayət və cəzanın fəlsəfəsi” təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb

BAKI, 7 noyabr - Sputnik. Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun  “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı qazax dilinə də tərcümə edilib. Sputnik Azərbaycan xəbər verir ki, kitab elm adamları arasında geniş maraq doğurduğundan, Qazaxıstan hüquqşünaslarının təşəbbüsü ilə çap olunub.

 İlham Rəhimovun  “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı
© Kitabın cildi
İlham Rəhimovun  “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı

Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən, həmçinin sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Professor İlham Rəhimovun  “Cinayət və cəzanın fəlsəfəsi” adlı  kitabı türk, ingilis, italyan, yəhudi və bolqar dillərində də çap olunub. “Cinayət və cəzanın fəlsəfəsi” təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, qazax dilinə tərcümə olunmuş bu kitabın yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində professor İlham Rəhimov özü də iştirak edəcək.

17
Əlaqədar
İlham Rəhimov: "Ölüm hökmünün icrası tarixən tibb və bioetika ilə sıx bağlı olub"
Günel Rzayeva: “Bakı Kitab Mərkəzi xarici qonaqların diqqət mərkəzindədir”