В Лондоне состоялась презентация нового туристического бренда Азербайджана

Azərbaycanın yeni turizm brendinin Londonda təqdimatı olub

17
(Yenilənib 09:36 07.11.2018)
Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib

BAKI, 7 noyabr — Sputnik. Londonun “Excel London” arenasında “World travel market-2018” beynəlxalq turizm sərgisi açılıb. Beynəlxalq sərgidə Azərbaycan da iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib. 

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.

Təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.

Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkəmiz bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii gözəlliklərimiz turistləri hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.

17
Əlaqədar
Kənan Quluzadə yeni turizm brendinin təqdim olunacağı tarixi açıqladı
Türkiyə yenidən turizm cənnətinə çevrilir
Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf istiqamətləri müəyyənləşib
Nabran bələdiyyəsinin sədri cərimələndi: Turizm bölgəsindəki zibillərə görə