BAKI, 6 noyabr — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev formada qalmağının sirrini açıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, müntəzəm idmana və düzgün qidalanmaya xüsusi diqqət ayırmaq lazımdır: "Təbii ki, gecə çox yemək lazım deyil, bu sadəcə faydalı deyil".
Medvedev, həmçinin bildirib ki, vaxtı olanda üzgüçülüklə məşğul olur, velosiped sürür, bəzən badminton oynayır.
Bundan əlavə, Rusiya baş naziri vurğulayıb ki, sağlam qida qəbul etməyə çalışır və sərt dietalara riayət etmir.
Qeyd edək ki, oktyabrda Rusiya baş naziri bəyan edib ki, sanksiyaları ölüm qalım məsələsi hesab etmir və onlarla bundan sonra da, Sovet İttifaqında olduğu kimi yaşamağa hazırdır.
BAKI, 27 fevral - Sputnik. Amerikanın Berkshire Hathaway holdinq şirkəti banisi Uorren Baffetin illik ismarıcını yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, ismarıcda milyarder pərakəndə investorlara tövsiyələrini qeyd edib.
Onun sözlərinə görə, kapitalın əsasını "vaxt, daxili sakitlik, geniş diversifikasiya və əməliyyat sayı ilə komissiyaların minimuma ebdirilməsi" təşkil edir.
"Aksiyalara sahib olmaq - müsbət məbləğlə oyun oynamaqdır. Hövsələli və ağıllı, portfel yığmış meymun S&P 500 siyahısından olan şirkətlərin yerləşdirildiyi nişangaha 50 ox atsa, vaxt keçdikdən sonra gəlir götürəcək, kapitalı artacaq, düzdür, gərək bu zaman şirnikib aktivlərə dəyişiklik eləməyə".
O həmçinin qeyd edib ki, hazırda istiqrazlar üçün yaxşı vaxt deyil, çünki ABŞ Maliyyə Nazirliyinin onillik istiqrazları, məsələn, 2020-ci ilin sonunda 1981-ci ilin sentyabrındakı gılirliliklə müqayisədə 94 faiz düşmüşdü. Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri isə "kədərli gələcəyin" gözlədiyini bildirib.
BAKI, 27 fevral — Sputnik. Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.
Binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə restavrasiya olunan Həmidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, muzeyin restavrasiyasına 10 milyon türk lirəsi xərclənib.