Gün ərzində hava şəraiti dəyişəcək

Abunə olmaq
Havanın temperaturu 15-20, dağlarda 4-7 dərəcə isti təşkil edəcək

BAKI, 5 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir. Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 4-7 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0