İki qadın bir uşağı dünyaya gətirdi

© FB / Ashleigh CoulterEşli və Bliss Koulter cütlüyü
Eşli və Bliss Koulter cütlüyü - Sputnik Azərbaycan
Abunə olmaq
Körpə sağlam doğulub və hal-hazırda 5 aylıqdır

BAKI, 3 noyabr — Sputnik. ABŞ-da tibb tarixində daha bir ilk yaşanıb. Belə ki, iki lesbiyan qadın bir uşağı bətnlərində gəzdirərək dünyaya gətiriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağı doğma uşaqları kimi hiss etmək üçün hər iki qadın onu bətnində gəzdirib. Bunun üçün onlar əvvəlcə kişi donor seçiblər. Daha sonra Eşli və Bliss Koulter cütlüyündən Bliss bədənində döllənən yumurtanı bir neçə gün bətnində gəzdirib. 5 gün ərzində Eşlinin hormonları nizama salınıb və bədəni dölü qəbul edib böyütməyə hazır vəziyyətə gətirilib. Daha sonra döl Blissin bətnindən çıxarılıb və Eşliyə köçürülüb.

Beləliklə, hər iki qadın uşağın bioloji anası sayılır. Stetson Koulter adlı oğlan uşağı 4 kilo olaraq dünyaya gəlib. Körpə sağlam doğulub və hal-hazırda 5 aylıqdır.

Eşli və Bliss isə doğum üçün eyni körpəni bətnlərində birlikdə gəzdirən ilk insanlar kimi tibb tarixinə düşüblər.

Xəbər lenti
0