Ət

İllər boyu ailəsi qonaqlarına leş yedizdirib

92
(Yenilənib 20:09 01.11.2018)
Reyf Karol ətin ən yaxşı hissələrini bayramlara saxlayıb

BAKI, 2 noyabr — Sputnik. ABŞ-ın Vaşinqton ştatında bir kişi ailəsini və onun evinə gələn qonaqları ölü heyvan əti ilə bişmiş yeməklərə qonaq edirmiş. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, kişi magistral yolda avtomobillərin vuraraq öldürdüyü heyvanları evinə apararaq onlardan qida kimi istifadə edib.

47 yaşlı Reyf Karol etiraf edib ki, onun atası hərdən ölü heyvanların ətindən yemək bişirirmiş. Daha sonra Reyf özü maddi sıxıntı çəkən zaman bu yola əl atıb və bəyənib. Bundan sonra artıq hər dəfə kişi ailəsini ölmüş ceyran, hind toyuğu və digər heyvanların əti ilə qidalandırıb.

Onun sözlərinə görə bir maraldan 30 kiloqrama kimi ət çıxarmaq olar. Bu günə kimi onun ən böyük ovu ayı olub. Reyf ətin ən yaxşı hissələrini bayramlara saxlayıb. Məsələn, ad günündə yolda avtomobilin vurub öldürdüyü ceyranın döş ətini qızardıb. Bunu həm ailəsi, həm qonaqlarına yedirdib. Qonaqların əksəriyyəti ətin ölü heyvan əti olmasını bilməyib.

92
Teqlər:
heyvan, qəza, ABŞ, leş, ət
Çaxır

Koronavirusla mübarizədə qırmızı şərab

5
(Yenilənib 15:30 09.08.2020)
ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur. Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

BAKI, 9 avqust — Sputnik. Kanadalı alimlər şərabda koronavirus zamanı müşahidə edilən kəskin tənəffüs çətinliyi sindromunun (ARDS) şiddətini azalda bilən bir antioksidan tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kəskin tənəffüs çətinliyi sindromu ARDS ağciyərlərdə yayılmış iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur.

Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

Bədəndəki konsentrasiyası əsasən qırmızı və ağ şərabda olan antioksidan resveratrol ilə artır.

Ancaq ACE2 konsentrasiyasının artması bir tərəfdən koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər.

Digər tərəfdən, ferment işləmədikdə, AngII peptidinin miqdarı artır, bu da iltihab reaksiyasının artmasına kömək edir.

Buna görə də, ACE2 çatışmazlığı və AngII-nin artıq olması COVID-19-un gedişinə mənfi təsir göstərir.

Bu barədə Lomonosov adına Moskva Dövlər Universitetinin əməkdşaı Roman Zinovkin danışıb.

Resveratrol immunitet sisteminin hüceyrələrini də sıxışdıra bilər. ARDS-nin immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu komplikasiyanın inkişafında müsbət təsir göstərməsi mümkündür. Şərabla yanaşı, resveratrol fıstıq, püstə, kakao və moruğun da tərkibində var.

5

Bakıda xəttə buraxılacaq əlavə avtobusların vaxtı açıqlandı

2
Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edilir.

BAKI, 9 avqust - Sputnik. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspress xətləri sabahdan fəaliyyətə başlayır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq.

Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

BNA nəzərə çatdırır ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.

2