Qəbələli fermerlər səpinə hazırlaşırlar

© Sputnik / Ilham AhmadovQəbələdə şumlama və səpin işləri
Qəbələdə şumlama və səpin işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 20 min 100 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 4 min hektar sahəyə arpa, 3 min 800 hektara isə buğda səpiblər. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi bu barədə məlumat verib.

Qurumdan bildiriblər ki, payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 200 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 4 min ton toxum fondu ayrılıb. Taxıl səpininə 65 ədəd şum traktoru, 35 ədəd taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Fermerlər payız səpinini noyabrın sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.

© Sputnik / Ilham AhmadovQəbələdə şumlama və səpin işləri
Qəbələli fermerlər səpinə hazırlaşırlar - Sputnik Azərbaycan
Qəbələdə şumlama və səpin işləri

Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

Xəbər lenti
0