Sərhəd gömrük məntəqəsi

Vəzifəli şəxs işdən qovulub

176
(Yenilənib 10:39 31.10.2018)
Gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov vətəndaşı aldadıb

BAKI, 31 oktyabr - Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib. Belə ki, o "Toyota Camry" markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb.

Sputnik Azərbaycan bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub.

Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

176
Teqlər:
müfəttiş, vətəndaş, Dövlət Gömrük Komitəsi
Əlaqədar
Gömrük Komitəsi "Sınıq Körpü” ilə bağlı məlumatlara aydınlıq gətirib
Dövlət Gömrük Komitəsi Ermənistan mənşəli kartofla bağlı açıqlama yaydı
Gömrük Komitəsi "yük maşınları problemi"nə rəsmi münasibət bildirdi
Dövlət Gömrük Komitəsi səs-küy yaratmış qərara aydınlıq gətirdi