Yağmursuz hava şəraiti davam edəcək

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку, фото из архива
Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu 18-23, dağlarda 13-15 dərəcə isti təşkil edəcək

BAKI, 30 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 30-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 18-21 dərəcə isti təşkil edəcək.

Məlumata görə, bu gün gündüz saatlarında Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 13-15 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0