Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan Belarus hərbi topoqraflarının görüşü keçirilib

38
(Yenilənib 14:43 29.10.2018)
Tərəflər hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparıblar

BAKI, 29 oktyabr — Sputnik. Bakı şəhərində Azərbaycan və Belarus hərbi topoqrafiya üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin işçi görüşü keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, ordumuzda mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Tərəflər hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparıblar.

Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib
38
Teqlər:
Belarus, Azərbaycan, Bakı
Əlaqədar
Belarusun bütün regionlarından Azərbaycan üçün paytaxta axın
Azərbaycanlının Belarusda qeyri-adi sərgüzəşti və ya bizi vyetnamlılarla nə birləşdirir?
Qaçaq yolla Belarusa keçən azərbaycanlı həbs edildi
Azərbaycan Belarus və Qazaxıstandan üstün oldu