Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Donald Trampa başsağlığı verib

162
(Yenilənib 13:37 29.10.2018)
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına əsasən məktubun mətnini təqdim edir:

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti".

162
Teqlər:
başsağlığı, Məktub, Donald Tramp, İlham Əliyev
Əlaqədar
İlham Əliyev həmkarına məktub göndərdi
İlham Əliyev iki ölkənin rəhbərinə məktub göndərdi
İlham Əliyev FİDE prezidentinə məktub göndərdi
Trampdan sensasion məktub: "Yaxın aylarda Qarabağda..."