Yüksək gərginlikli elektrik dirəkləri

Qax sakinləri işıqlığa çıxacaq

107
(Yenilənib 13:12 26.10.2018)
Qax rayonunun bəzi kəndlərində yararsız elektik dirəkləri dəyişdirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Qax rayonunun bəzi kəndlərində yararsız elektik dirəkləri dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Qax rayon elektrik şəbəkəsinin baş mühəndisi Azad Yusifov məlumat verib.

O bildirib ki, Qax rayonunda Sovet dövründən qalan elektrik dirəkləri metal boru dayaqlarla əvəz olunub. Rayonunun Kötüklü və Əlibəyli kəndlərində 04 kilovatlıq açıq naqillə gedən elektrik xətləri kabel xətləri ilə əvəz olunub. Sayğac dəstləri tam yenilənib.

Təmir rayonun Güllük, Qum və Ləkit kəndində də baş tutacaq. Proses 2019-cu ilin sonuna qədər bitəcək.

107
Teqlər:
Qax, işıq dirəkləri
Əlaqədar
Qonşuda problemlər başladı, su və elektrik ixracı dayandırıldı
Prezident elektrik probleminin həlli üçün növbəti addım atdı
"Azərbaycanın elektrik enerjisi sahəsində üçüncü qurum yaranacaq"
Qonşuda elektrik və qazın qiyməti kəskin artdı
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

9
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

9
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa
ABŞ dollarları, arxiv şəkli

Cinsi istismar qurbanlarına dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

7
(Yenilənib 17:34 29.11.2020)
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

7
Teqlər:
ABŞ, Hollivud, maaş, fond, pul, qurbanlar, cinsi istismar