Yaşlı qadının əlləri, arxiv şəkli

Həkim xəstəsindən borc aldığı üçün işdən qovulub

323
(Yenilənib 01:37 26.10.2018)
Məhkəmənin qərarı ilə xəstəyə borcunu ödəməyən həkimə cərimə kəsilib.

BAKI, 26 oktyabr — Sputnik. ABŞ-da Tennisi ştatında bir həkim xəstədən külli miqdarda pul alıb, amma qaytarmayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, daha sonra xəstə pulu geri istəyəndə həkim qadına ruhi xəstə diaqnozu qoyub.

Həkim Suellen Li pasientindən 300 min dollar borca pul istəyib. Bunu maddi problemlərinin olması ilə əlaqələndirib.

Xəstə ona istədiyi məbləğdə pulu verib, amma bir müddət sonra onu geri istəyib. Həkim də 25 illik xəstəsinə qocalıq ağıldankəmliyi diaqnozu qoyub. Buna görə də borclarını ona qaytarmaq istəməyib.

Sonra digər mütəxəssislər həkimin qoyduğu diaqnozu qəbul etməyiblər. Bundan sonra məhkəmənin qərarı ilə Sullen Li işdən qovulub. Ona iki min dollar cərimə kəsilib.

Həkim günahını boynuna almaq istəməyib. Deyib ki, xəstə ondan intiqam almaq məqsədilə bunu edib. Li iddia edir ki, borcu 20 il əvvəl alıb və ötən illər ərzində az-az ödəyib qurtarıb.

323
Teqlər:
həkim, xəstə, Suellen Li, Tennesi ştatı, ABŞ