Lənkəranda qar

Əhaliyə təcili kəskin xəbərdarlıq

1201
(Yenilənib 13:37 24.10.2018)
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur

BAKI, 24 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edir.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında okytabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin bəzi yerlərdə güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1201
Teqlər:
külək, qar, temperatur, hava
Əlaqədar
Yağış və duman yaxınlaşır
Yağış rayon sakinlərinə aman verməyəcək
Ehtiyatınızı tutun: Bu ay güclü yağışlar olacaq
"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı