Bacadan cıxan tüstü

Təbiətə "divan tutan" sexin sahibi cəzalandırıldı

88
(Yenilənib 11:38 24.10.2018)
Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır

BAKI, 24 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə "Bakı Elektriktökmə" ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügedən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. 

Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərov fiziki şəxs qismində 3000 manat məbləğində cərimələnmiş və ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli "məcburi göstəriş" verilmişdi.

Sexin sahibi Məmməd Ələkbərov sentyabr ayında ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimə olunub. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.

88
Teqlər:
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, "Bakı Elektriktökmə" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, monitorinq, cərimə
Əlaqədar
Təbiətə "divan tutmaq" istəyən ərəblər saxlanılıb
Təbiətə "divan tutan" şəxsə qarşı tədbir görülüb
Ağac "qatili" təbiətə külli miqdarda zərər vurub
“Karvan” təbiətə qənim kəsilib