Arıçılıq məhsullarının sərgi-satış yarmarkası

Xalis balın qiyməti 15 manatadək ucuzlaşıb

206
(Yenilənib 15:48 23.10.2018)
Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısı alınıb

BAKI, 23 oktyabr — Sputnik. "Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb". Bunu Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı (KTN) Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib: "Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq".

  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
  • Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası
    © Sputnik / Murad Orujov
1 / 9
© Sputnik / Murad Orujov
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası

Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu, satışın həcminə müsbət təsir göstərir: "Apardığımız reklam kampaniyası paytaxt sakinlərində yarmarkaya marağı artırıb. Reklam işini əsasən sosial şəbəkələr üzərindən təşkil edirik, bundan başqa metro stansiyalarında, ASAN Xidmət mərkəzlərində yarmarkanın keçirildiyi yer və tarixin əks olunduğu reklam tabloları yerləşdirilib. Medianın yarmarkanın işini müntəzəm işıqlandırması da vətəndaşların tədbirə marağının artmasında böyük rol oynayıb və həmkarlarımıza ümumi işimizə verdiyi dəstəyə görə təşəkkür edirik. Artıq bazar günü yarmarka başa çatacaq və vətəndaşları arıçılıq məhsullarını almaq üçün ildə bir dəfə yaranan bu fürsətdən yararlanmağa çağırırıq".

KTN rəsmisi bildirib ki, 5-28 oktyabr tarixlərində keçirilən yarmarkada qiymətlər sərbəstdir: "Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Arıçılara da bildirmişik ki, satdıqları bala qiymət qoymaqda sərbəstdirlər. Liberal iqtisadiyyatdır, kim öz məhsulunu neçəyə istəsə, təklif edə bilər. Bu baxımdan yarmarkanın ilk günlərində balın orta qiyməti 25 manat olaraq formalaşmışdı, amma son günlər qiymətlərdə ucuzlaşma müşahidə olunur. Artıq yarmarkada 20, hətta 15 manata da bal almaq mümkündür".

"Qiymətlərin ucuzlaşması balın keyfiyyəti ilə bağlı məsələ deyil. Birincisi, arıçı qiyməti müəyyən edərkən alıcılıq qabiliyyətini nəzərə almalıdır. İlk günlər bunu nəzərə alanlar daha çox miqdarda bal sata biliblər. İkincisi, bəzi arıçılar artıq yarmarkaya gətirdikləri məhsulun 80 faizini satıblar, o səbəbdən qiyməti aşağı salaraq son məhsulu da satıb, evlərinə qayıtmaq istəyirlər. Buna görə vətəndaşlar balın qiymətinin ucuzlaşmasından narahat olmasınlar, bu, keyfiyyətlə bağlı deyil, sırf yarmarkanın başa çatmaq üzrə olması ilə əlaqədar məsələdir" — Hüseyno vurğulayıb.

Müdir müavini bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını diqqətə çatdırıb: "Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki nəticə dəqiqdir, iki məsələdə real nəticəyə nail ola bilmişik: Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz baklın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında, küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk".

KTN rəsmisi bu il yarmarkanın Azərbaycan Arıçılar Assosiasiyası ilə əmkdaşlıq formatında keçirildiyini xatırladıb: "Yarmarkanın uğurlu təşkilində verdiyimiz bu qərarın da böyük rolu olub. Əsl arıçılar hər bir məsələdə bizdən köməklərini əsirgəməyiblər. Hesab edirik ki, növbəti illərdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığı daha da genişləndirməyə ehtiyac var".

206
Teqlər:
arıçılıq məhsulları, KTN, bal, Vüqar Hüseynov, satış, yarmarka, sərgi
Əlaqədar
Bakının mərkəzində "bal krallığı"
Bal yarmarkası başlayır
Bal yarmarkasının vaxtı açıqlandı
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

33
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

33
Qalıqlar

Bələdiyyə başçıları cərimə edildi - Sumqayıt Novxanıda

6
E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

BAKI, 4 avqust — Sputnik. Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən "Araz" supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.

E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

6