Bakı Heydər Əliyev prospekti

Sürücülərə növbəti xəbərdarlıq olunur

268
(Yenilənib 14:33 23.10.2018)
Üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

BAKI, 23 oktyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi"ndə (Bakı Nəqliyyat Agentliyinin qarşısında) üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

268
Teqlər:
sürücü, üfiqi nişanlanma xətləri, avtonəqliyyat vasitələri
Əlaqədar
Hətta piyadalar da ona "ilişməkdən" çəkinirlər — Bakı sakinləri yolayrıcında
Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı — VİDEO
Çökən yol başqa problemlər də meydana çıxarıb