Bakı, 23 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Belə ki, Dərnəgül stansiyasından Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a yaranmış gecikmə ilə bağlı məlumat verib. O bildirib ki, gecikməyə səbəb "Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda yaranmış problem olub.
"Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb" — deyə qurum sözçüsü əlavə edib.
B.Məmmədov həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə ləngiməsinə də aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa, dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".
BAKI, 2 mart — Sputnik. Bu gün səhər saatlarında Gürcüstanda müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat verən Gürcüstanın "Birinci kanalı" müxalifət partiyalarının bir neçə fəalının saxlanıldığını bildirib.
"Parlament yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxladılar. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verir. Hazırda müxalifət yolu bağlamağa, patrul polisi isə bunun qarşısını almağa çalışır", – deyə məlumatda bildirilir.
Müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlamentə gələn millət vəkillərinin maşınlarını qışqırıq sədaları ilə qarsalayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatların binaya girə bilmələri üçün xüsusi dəhliz yaratmaq məcburiyyətində qalıblar. Ancaq müxalifət nümayəndələri etiraz aksiyanın dinc xarakter daşıdığını və millət vəkillərinin parlamentə daxil olmasının qarşısını almaq niyyətində olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Gürcüstan müxalifəti Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və erkən parlament seçkilərinin keçirilməsi tələbi ilə mütəmadi olaraq Tbilisidə etiraz aksiyaları keçirir.
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Cəbiş müəllim Azərbaycanda Novruz ənənələri, çərşənbələrin mahiyyəti barədə danışır.
Od çərşənbəsi qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, üçüncü, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.