İbad Hüseynov bayram günü dostlarına ziyafət verib

İbad Hüseynov Müstəqillik Gününü dostlarının əhatəsində qeyd edib

45
(Yenilənib 20:46 19.10.2018)
Yevgeni Mixaylov: “Əgər ermənilər bu müharibədən sonra sülhə doğru addım atmağa özlərində təpər tapsalar, onda Azərbaycanın sayəsində Ermənistan iqtisadiyyatı inkişaf edəcək”.

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Kəşfiyyatçı, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov 18 oktyabr — Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Bakıda təntənəli şam ziyafəti təşkil edib. Tədbirə rusiyalı ekspertlər Yevgeni Mixaylov və Anna Maksimova, Azərbaycanın ictimai xadimləri, Qarabağ müharibəsinin veteranları və jurnalistlər qatılıb.

Tədbiri giriş sözü ilə Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov açıb.

Daha sonra ekspertlərə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətilərinə, Azərbaycan və Rusiya KİV-lərində, eləcə də cəmiyyətdə öz mövqelərini ifadə etdiklərinə görə, təşəkkürnamə təqdim edilib.

Təltifetmə mərasimində çıxış edən Anna Maksimova dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib və qeyd edib ki, ilk dəfədir Azərbaycana gəlir. Onun ölkəmizlə bağlı çoxlu təəssüratları var. Eyni zamanda Maksimova cəbhə bölgəsində də olub və orada Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı barədə həqiqətləri öz gözləri ilə görüb.

"Bizim içərisində olduğumuz siyasi vəziyyət bu cür davam edə bilməz. Uşaq və qadınları öldürməyi dayandırmaq lazımdır" — deyən Maksimova hamıya sülh və tərəqqi arzulayıb.

İbad Hüseynov bayram günü dostlarına ziyafət verib
© Foto təşkilatçılar tərəfindən təqdim olunub
İbad Hüseynov bayram günü dostlarına ziyafət verib

Təqdimat mərasimindən sonra Yevgeni Mixaylovun yeni Rusiya-Türkiyə münasibətlərinə, bu münasibətlərə Azərbaycanın və şəxsən İbad Hüseynovun verdiyi töhfələrə həsr olunmuş "Sülhə doğru yol, yaxud çaqqalsız meşə olmaz" filmi təqdim edilib.

Mixaylov öz filmini təqdim edərkən onu Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və İbad Hüseynovun ad gününə (Hüseynov da 18 oktyabrda anadan olub-red.) qədər çatdırmağa çox çalışdığını bildirib.

"Mənə elə gəlir ki, film uğurlu alınıb. Bunu Rostov və Krasnodarın erməni əsilli "divan döyüşçüləri"nin sosail şəbəkələrdəki narazılıqlarla dolu rəyləri də təsdiqləyir" — deyə ekspert bildirib. Onun sözlərinə görə, filmə adekvat münasibət bəsləyən normal ermənilər də olub və onlar sivil şəkildə öz fikirlərini bildiriblər.

"Qarabağ Azərbaycana geri qaytarılmalıdır. Bunu ermənilər özləri də çox gözəl başa düşürlər. Onlar əvvəl necə pis vəziyyətdə yaşayırdılarsa, indi də elə yaşayırlar. Əgər onlar bu müharibədən sonra sülhə doğru addım atmağa özlərində təpər tapsalar, onda Azərbaycanın sayəsində onların da iqtisadiyyatı inkişaf edəcək və adam kimi yaşamağa başlayacaqlar" — deyə Mixaylov öz çıxışında bildirib.

Filmin nümayişindən sonra Mixaylova Azərbaycan-Rusiya münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və Azərbaycan Respublikasına hörmətlə yanaşmasına görə minnətdarlıq ifadə edilib.

İbad Hüseynov isə öz növbəsində təntənəli şam ziyafətində iştiraka görə qonaqlara, Azərbaycanın mənafelərinə xidmət edən ictimai xadimlərə minnətdarlığını bildirib.

45
Teqlər:
İbad Hüseynov, ziyafət, Müstəqillik Günü, kəşfiyyatçı

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8