Bakı şəhəri

Azərbaycanda qəribə bank yaradılması təklif olunur

90
(Yenilənib 13:08 19.10.2018)
"Belə bir bankın yaradılması sürücülər arasında rəqabət formalaşdıra bilər"

BAKI, 19 oktyabr — Sputnik. "Azərbaycanda ictimai nəqliyyat sahəsi dinamik inkişaf etsə də, hələ də çoxlu problemlər mövcuddur". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.

O bildirib ki, bu sahədə olan problemlərin bəzisini tez bir zamanda həll etmək mümkün deyil: "Bu gün ictimai nəqliyyatda yaranan problemlərin səbəbkarı kimi marşrut sürücüləri göstərilir. Sükan arxasında əyləşən sürücünün peşəkarlığı məsələsi ağrılı məqamdır. Yetərli bacarıq və qabiliyyətlərə malik olmayan, psixoloji və digər problemləri olan şəxslər ictimai nəqliyyatda sürcülük fəaliyyəti ilə məşğul olur".

"Bunun bir səbəbi də bu cür sürücülərə qarşı yüksək nəzarət mexanizminin mövcud olmamasıdır. Həmçinin, sürücü hazırlayan təlim tədris mərkəzlərinin yetərli sayda və keyfiyyətdə olmaması neqativ halların yaranmasına gətirib çıxarır" — Allahverənov vurğulayıb.

O, təklif edib ki, neqativ halların qarşısının alınması üçün sürücülərin bacarıq və qabiliyyətlərinin, həmçinin peşə fəaliyyəti xarakteristikalarının toplandığı bank yaradılsın: "Belə bir bankın yaradılması sürücülər arasında rəqabət formalaşdıra bilər".

90
Teqlər:
ekspert Azər Allahverənov, ictimai nəqliyyat, problem, Azərbaycan, sürücü
Əlaqədar
Yasamalda saxlanılan sürücüyə 20 gün həbs verildi
Bakıda sərxoş biznesmen oğlu ilə "ayıq sürücü" arasında şok qalmaqal
Azərbaycanlı qadın sürücü qanunu elə pozdu ki...
Yollarda reyd keçirildi, xeyli sərxoş sürücü saxlanıldı
Paytaxt sürücülərinə şad xəbər

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

571
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

571
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

478
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

478