Sürücü

Sürücülərə daha 10 gün möhlət verildi

188
(Yenilənib 13:07 19.10.2018)
Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini bu gündən sonra 10 gün deyil, 20 gün müddətində texniki baxışdan keçirməlidir.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Əsasnamənin 7-ci (Məsuliyyət) bəndinə əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Sürücülər bu günə kimi vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idilər. Bu gündən etibarən isə bu müddət 20 gün olacaq.

188
Teqlər:
texniki baxış, nəqliyyat vasitəsi, gün, inzibati məsuliyyət, vətəndaş, Azərbaycan, sürücü
Əlaqədar
Bakıda sərxoş biznesmen oğlu ilə "ayıq sürücü" arasında şok qalmaqal
Azərbaycanlı qadın sürücü qanunu elə pozdu ki...
Yollarda reyd keçirildi, xeyli sərxoş sürücü saxlanıldı
Paytaxt sürücülərinə şad xəbər
Yol polisi sürücülərə müraciət etdi
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

10
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

10
Koronavirus testi, arxiv şəkli

Uzun müddətdən sonra yenidən ikirəqəmli yoluxma sayı qeydə alındı

59
(Yenilənib 14:13 09.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.

Sonuncu dəfə Azərbaycanda bir gündə ikirəqəmli yoluxma mayın 13-də qeydə alınıb - 65 nəfər.

59
Teqlər:
test, Azərbaycan, yoluxma, Koronavirus, COVID-19