Daxili işlər naziri Ramil Usubov

Bakı polisində kadr dəyişikliyi olub

49
(Yenilənib 13:05 19.10.2018)
"Polis" qəzetinin baş redkatoru işdən çıxarılıb

BAKI, 19 oktyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) "Polis" qəzetinin baş redaktoru Qalib Rəhimov işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin "Polis" qəzetinin redaktoru vəzifəsinə Elşad Hacıyev təyin edilib. E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin "Polis" qəzetinin əməkdaşı olub.

49
Teqlər:
Elşad Hacıyev, "Polis" qəzeti, Qalib Rəhimov, Bakı Şəhər Baş Polis İdarəsi, baş redaktor, BŞBPİ
Əlaqədar
Şəhid polislərimizə qarşı ədalətsizlik
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycanda ilginc olay: Saxlanılan şəxs özünü polis maşınından tulladı