Körpə uşağın peyvənd olunması. Arxiv şəkli

Uşaqların həkimdən qorxma səbəbləri bəlli oldu

76
(Yenilənib 05:22 19.10.2018)
Mütəxəssislər bildirib ki, uşaqların həkimdən qorxma səbəbi bəzən elə valideynlərin özləridir

BAKI, 19 oktyabr — Sputnik. Valideynlər uşaqlarını həkimə aparan zaman həm uşaqlar, həm də valideynlərin özü böyük stress yaşayırlar. Çünki uşaqların əksəriyyəti həkimə getməyi heç də yaxşı qarşılamır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Miçiqan Universitetinin alimləri uşaqların həkimlərdən qorxma səbəbini araşdırıblar. Onlar bunun üçün 700 valideyn arasında sorğu keçiriblər.

Sara Klark araşdırıb ki, 2-3 yaşlı uşaqların 66 faizi iynədən qorxur, 43 faizi isə tanımadıqları insanlardan qorxaraq ağlayır. 4-5 yaşlı uşaqlar da iynədən qorxur. Bu yaşda olan uşaqların 89 faizi iynədən, 14 faizi isə tanımadıqları insanlardan qorxur.

Qorxmağın başqa bir səbəbi isə daha öncə həkimə gedən zaman uşaqlarda qalan fobiyadır. Uşaq o günü unutmur və həmin hadisənin təkrarlanmasından qorxduğu üçün ağlayır.

Ekspertlər bildirir ki, valideynlər uşaqlara diqqət etməyəndə, həkimlərin tövsiyəsinə əməl olunmayanda belə hallar baş verir.

Mütəxəssislər bildirirlər ki, uşaqların həkimdən qorxma səbəbi bəzən elə valideynlərin özləridir. Onlar uşaqları həkim və iynə ilə qorxutduqları üçün onlara psixoloji travma vururlar.

76
Teqlər:
qorxu, fobiya, həkim, uşaq, valideyn
Qaz sayğacı, arxiv şəkli

Qaz kartında vəsaiti bitənlərin nəzərinə

3
(Yenilənib 00:53 25.02.2021)
Belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlayın!

BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:

"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".

"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.

3
Səhnə

"Sözün nizamı" - festivala Milli Teatr Günündə yekun vurulacaq

2
(Yenilənib 00:50 25.02.2021)
Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcəklər. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının "YouTube" kanalında yerləşdiriləcək. Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

2