Ofis

Hər il 800 min insan yerində bu səbəbdən ölür

51
(Yenilənib 05:29 19.10.2018)
Araşdırma göstərir ki, çirkli havadan il ərzində 6.5 milyon insan ölür

BAKI, 19 oktyabr — Sputnik. Alimlər müəyyən edib ki, uzun müddət qapalı otaqlarda qalmaq böyük problemlərə səbəb olur.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, havasız otaqlarda saatlar keçirən insanlar tez-tez baş ağrısından və yorğunluqdan əziyyət çəkirlər. Buna səbəb isə havanın tez-tez dəyişdirilməməsidir.

Havanın çirkli olması ağciyər xərçənginə və digər nəfəs yolu xəstəlikərinə səbəb olur. Araşdırma göstərir ki, çirkli havadan il ərzində 6.5 milyon insan ölür.

İnsanların çoxu qapalı yerlərdə qalıb çirkli havadan qaçmağa çalışır. Bu doğru seçim deyil. Çünki qapalı məkanlarda hava 5-6 dəfə daha çirkli olur.

Təmizləyici məhsullardan çıxan qazlar, hazırladığımız yeməklərin iyi də havanı çirkləndirir.

Hətta aparılan araşdırmalar göstərir ki, hər il 800 min insan iş yerində olan çirkli havaya görə həyatını itirir.

51
Teqlər:
iş yeri, ofis, ağciyər xərçəngi, ölüm, çirkli hava