Antarktika

Buzların mahnısı sizi valeh edəcək VİDEO

135
(Yenilənib 03:50 19.10.2018)
Geofizik və riyaziyyatçı Cülien Çaput onları eşitmək üçün səs qeydini 1200 dəfə sürətləndirib.

BAKI, 19 oktyabr — Sputnik. Amerika Geofizika Dərnəyi Antarktikada buzların əriməsi zamanı qeyri-adi kəşf edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, elm adamları "mahnı oxuyan buzların" səs yazısnı sosial şəbəkədə paylaşıb.

Araşdırmaçıların fikrincə, uğultu "mahnısı" buzların arasında keçən və güclü küləklərin təsiri altında meydana gələn yüksək səsli titrəyişlərdən qaynaqlanır.

Qeyd edilib ki, Antarktika buzlaqları olduqca aşağı səslə "mahnı oxuyur". Geofizik və riyaziyyatçı Cülien Çaput onları eşitmək üçün səs qeydini 1200 dəfə sürətləndirib.

135
Teqlər:
musiqi, Antarktika, buzlaq, Amerika Geofizika Dərnəyi