Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər

Şimal bölgəsində kəndlilər qəribə etiraz üsuluna əl atıblar

18628
(Yenilənib 17:51 19.10.2018)
Nazim Məmmədov almanın qiymətinin aşağı olmasına qəzəblənərək, 10 hektara yaxın olan 20 illik alma bağını məhv edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Bu il şimal bölgəsindəki alma bağlarında ötən illərə nisbətən məhsul çox yüksəkdir. Məhsuldarlığın bol olması bağ sahiblərinin ürəyincə olsa da, qiymətin aşağı olması heç də onların ürəyincə deyil. Belə ki, bəzi bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv etmək qərarına gəliblər.

Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov almanın qiymətinin aşağı olmasına qəzəblənərək, 10 hektara yaxın olan 20 illik alma bağını məhv edib. O, alma ağaclarını traktorla kökündən çıxarıb.

  • Alma
    Alma
    © Sputnik / Leyla Abdullayeva
  • Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
    Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov
    Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Alma

Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlama verən Nazim Məmmədov alma bağında yüksək məhsuldarlığın olmasına baxmayaraq, gəlir əldə edə bilməməsinə qəzəbləndiyini bildirib. "Mən 20 ildir ki, bu işlə məşğul oluram. İlboyu ailəmi buradan gələn gəlir ilə dolandırıram. Bu il məhsuldarlığın bol olması ürəyimcə olsa da, almanın kiloqramının 0.25 azn olması ümidlərimizi puç etdi. Bu səbəbdən ağacları traktorla kökündən çıxartdım".

"Alma ağaclarının yerinə isə yonca əkəcəm. Bəlkə heç olmuş ümidlərimi yonca bitkisi doğrulda bildi" —deyə kəndli vurğulayıb.

18628
Teqlər:
alma bağı, Xaçmaz, Sputnik Azərbaycan, etiraz, qiymət
Əlaqədar
"Yarımçıq alma"nın dünyanın fəthi yolunda ilk addımı
Quba rayonunda "alma istirahəti"
Bir xurcun alma hesabına çıxan qəzet...
Rusiya FHN: Mədəndə itkin düşmüş 26 nəfərin sağ alma ehtimalı yoxdur

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7