Qutablar

Moskvalılara qutab bişirməyi öyrədəcəklər

40
(Yenilənib 20:16 18.10.2018)
Moskvalılar Azərbaycan rəqslərini öyrənə, milli çalğı alətlərində ifa edə və yemək hazırlamağı öyrənə biləcəklər

BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 17-də Moskvanın mərkəzindəki Tver meydanında "Azərbaycanın payız hədiyyələri" festivalı başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Moskva merinin saytında məlumat verilib.

Oktyabrın 21-dək davam edəcək festivalda arzu edən hər kəs pulsuz olaraq Azərbaycan mədəniyyəti və görməli yerləri barədə ətraflı məlumat ala, yaradıcılıq kollektivlərinin çıxışlarına baxa və master-klasslarda iştirak edə bilər. Qonaqlar milli rəqslərimizi öyrənə, xalq çalğı alətlərində ifa edə, zənbillər hörə və bəzəyə, əsl xalçanı toxuya və Azərbaycan qutabı hazırlaya bilərlər. Arzu edən hər kəs bu mədəniyyət tədbirinə dəvətlidir.

Azərbaycanın 20-dək ticarət müəssisəsi öz məhsullarını festivala çıxarıb. Festivalın qonaqları Azərbaycan təbiətinin müxtəlif hədiyyələrini — xurma, üzüm, nar, həmçinin qurudulmuş meyvə, qoz-fındıq, şirələr, mürəbbə, süd məhsulları, ədviyyatlar ala biləcəklər. Onlar milli şirniyyatlardan dada və xüsusi açılmış "Çay evi"ndə əsl şərq çay məclisindən zövq alacaqlar.

Bundan əlavə, Moskva və Rusiyanın digər şəhərlərində fəaliyyət göstərən, Azərbaycan mətbəxini təklif edən ən yaxşı kafe və restoranlar qonaqlara milli mətbəximizin ənənəvi təamlarını – narşərab sousu ilə müxtəlif kabab növləri, dolma, qutab, küftə-bozbaş və s. təqdim edəcəklər.

Festival qonaqlarına həmçinin geniş suvenir, milli bəzək, toxuculuq məhsulları seçimi təqdim olunacaq.

Festivalda mədəni proqram da nəzərdə tutulub. Belə ki, Dövlət İnstrumental Ansamblının və peşəkar rəqqaslar qrupunun, Ənvər Sadıqovun "Qaytağı" qrupunun çıxışları olacaq və nəhayət, Şəhriyar İmanovun rəhbərliyi ilə konsert keçiriləcək.

Festivalın balaca qonaqları üçün nağıllar teatrı təşkil olunacaq. Burada azyaşlılara ənənəvi uşaq tamaşaları göstəriləcək və tamaşalarda müxtəlif rolları oynamaq təklif olunacaq.

40
Teqlər:
rəqqaslar qrupu, Dövlət İnstrumental Ansamblı, musiqi, mədəniyyət, Azərbaycan mətbəxi, Azərbaycan, festival, Moskva
Əlaqədar
Bakıda Beynəlxalq Caz Festivalı keçirilir
Bakıda Avropa İttifaqı mədəni irs festivalı keçiriləcək
Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Nazir Qəbələ Beynəlxalq Musiqi Festivalından danışdı
Rejissor Elvin Abdulla “EuroAsia İnternational Film Festival”ı haqqında danışır