Basqal

Basqal sakinləri basqallılar Onları vətənə qaytarılacaqlar

113
(Yenilənib 22:15 18.10.2018)
Florian Senqstşmid: "Basqal qəsəbəsində kəlağayı istehsalı canlandırılacaq."

BAKI, 18 oktyabr — Sputnik. Basqal qəsəbəsində kəlağayı istehsalı yenidən canlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən Milli Turizm Sammitində deyib.

O qeyd edib ki, bu qəsəbənin bir çox sakinləri zamanla oranı tərk ediblər.

"Biz hər şeyi edəcəyik ki, orada davamlı inkişafın təməli qoyulsun və insanlar daha yaxşı həyat axtarışına çıxaraq doğma yerlərini tərk etməsinlər, orada qalıb bizneslə məşğul olsunlar" — deyə Senqstşmid bildirib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid

Qeyd edək ki, Basqal qəsəbəsi İsmayıllı rayonunda yerləşir. Ora özünün qədim tarixi və təkrarsız təbii gözəlliyi ilə məşhurdur. Burada orta əsrlərdə tikilmiş məscid, XVI əsrə aid hamam var. Qəsəbə dövlət tarix-mədəniyyət qoruğudur və dövlət tərəfindən qorunur.

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birinci Milli Turizm Sammiti keçirilib.

Tədbirdə turizm sahəsi üzrə dövlət qurumları və diplomatik nümayəndəliklərin, yerli və xarici şirkətlərin, eləcə də KİV-in 1500-dək nümayəndəsi iştirak edib.

113
Teqlər:
kələğayı, Basqal, Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, Bakı Konqres Mərkəzi, inkişaf, turizm
Qaz sayğacı, arxiv şəkli

Qaz kartında vəsaiti bitənlərin nəzərinə

3
(Yenilənib 00:53 25.02.2021)
Belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlayın!

BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:

"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".

"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.

3
Səhnə

"Sözün nizamı" - festivala Milli Teatr Günündə yekun vurulacaq

2
(Yenilənib 00:50 25.02.2021)
Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcəklər. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının "YouTube" kanalında yerləşdiriləcək. Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

2