Vardan Oskanyan

Ermənistanın sabiq xarici işlər nazirinin ölkədən çıxışına qadağa qoyuldu

40
(Yenilənib 14:57 18.10.2018)
2008-ci ildə sahibkar Silva Ambartsumyan Samvel Mayrapetyana böyük məbləğdə pul verib

BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyana Ermənistanı tərk etmək qadağan olunub. Sputnik Ermənistan "Joxovurd" nəşrinə istinadən xəbər verir ki, onun adı biznesmen Samvel Mayrapetyanın işində hallanır. 

Armen Sarkisyan Dağlıq Qarabağda
© Foto : официальный сайт президента РА

"Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan hüquq mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Biznesmen Samvel Mayrapetyanın saxlanılmasından sonra Oskanyan Ermənistanı tərk etməyə çalışıb, lakin ona bunu etmək qadağan olunub" — deyə qəzet yazır.

Qəzet yazır ki, 2008-ci ildə sahibkar Silva Ambartsumyan Samvel Mayrapetyana böyük məbləğdə pul verib.

"Bizim mənbəmiz bildirib ki, Silva Ambartsumyan tərəfindən verilən məbləğin bir hissəsinə Yerevanda binalar tikilib, pulların digər hissəsi Oskanyanın dəvəti ilə Ermənistana gələn ərəblərə verilib. Oskanyanın payı isə ona Yerevanın mərkəzində olan yeni tikililərdəki mənzillərlə ödənilib.

Mayrapetyan oktyabrın 7-si saxlanılıb. O, Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistan prezidenti Robert Koçaryanın adamı hesab olunur.

Mayrapetyan "H2" telekanalının sahibi, həmçinin "Toyota" Yerevan distribütor mərkəzinin sahibidir, həmçinin Ermənistan paytaxtının mərkəzində elit müklərin tikintisi ilə məşğuldur.

40
Teqlər:
Vardan Oskanyan, xarici işlər naziri, qadağa, Ermənistan
Əlaqədar
Ermənistan - Türkiyə sərhədində gərginlik, dörd nəfər tutuldu
Türkiyə - Ermənistan sərhədində daha bir insident baş verib
Ermənistan prezidenti ərazi bütövlüyümüzü pozdu, gözəl Şuşamıza gəldi
Ermənistan – Türkiyə sərhədində gərginlik yaşanıb, həbs edilən var
XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır
Azərbaycan və Ermənistan üçün həssas dönəm: Sanksiyalar müəllifi gəlir