İndoneziyada zəlzələ

Müsəlman ölkəsinin başı dərddən qurtulmur

164
(Yenilənib 14:36 18.10.2018)
Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib

BAKI, 18 oktyabr — Sputnik. İndoneziyada yenə zəlzələ baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İndoneziya Meterelogiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə, zəlzələ Qərbi Açe bölgəsinin 30 metr şimali şərqində, yerin 10 kilometr dərinliyində baş verib.

Zəlzələ zamanı dəyən zərər və qurbanlar haqqında məlumat verilməyib.

Qeyd edək ki, Sulavesi adasında sentyabrın 28-də baş verən 7,5 bal gücündə zəlzələ və ardınca meydana gələn sunamidə 2091 nəfər ölmüşdü. Zəlzələnin ardınca170-dən artıq afterşok qeydə alınmışdı.

"Sakit Okean atəş dairəsi" olaraq adlandırılan zəlzələ və vulkanların qucağında yerləşən İndoneziyada 2004-cü ilin 26 dekabrında 9,1 bal gücündə zəlzələ baş vermiş və ardınca meydana gələn sunami nəticəsində 230 min nəfər həyatını itirmişdi.

164
Teqlər:
İndoneziya Meterelogiya, İqlim və Geofizika İdarəsi, Sulavesi adası, İndoneziya, zəlzələ
Əlaqədar
Rusiyada zəlzələ baş verib
Dünya yeni zəlzələ ilə titrədi, xeyli sayda ölən və yaralananlar var
İndoneziya ləngər vurur, dalbadal daha 170 zəlzələ oldu
Zəlzələ və sunami İndoneziyada 384 can aldı
Antalyada zəlzələ olub
Azərbaycanda zəlzələ oldu