Donald Tramp üç ölkəni təhdid etdi: "Yardımları kəsəcəyik"

© REUTERS / Leah MillisABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp bildirib ki, ABŞ-a qeyri-qanuni yollardan girən hər kəs ölkələrinə geri göndərilmədən əvvəl həbs olunacaq

BAKI, 17 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp üç ölkəni — Honduras, Qvatemala və Salvadoru ABŞ-a qeyri-qanuni yollarla daxil olmalara imkan yaratdıqları üçün təhdid edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Donald Tramp bu ölkələrə verilən yardımların kəsilə biləcəyini deyib.

Tramp deyib: "Məlumat aldıq ki, Honduras, Qvatemala və Salvador öz vətəndaşlarına ABŞ-a qeyri-qanuni yollardan daxil olmaq üçün imkan yaradır. Bu ölkələr vətəndaşlarına qeyri-qanuni yollar ilə ABŞ-a gəlişə şərait yaratmağa davam etsə, onlara verilən bütün yardımları dayandıracağıq. Bu barədə həmin ölkələr məlumat vermişik".

Tramp bildirib ki, ABŞ-a qeyri-qanuni yollardan girən hər kəs ölkələrinə geri göndərilmədən əvvəl həbs olunacaq.

Xəbər lenti
0