Daxili işlər nazirliyi

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edir

260
(Yenilənib 13:24 17.10.2018)
Nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar

BAKI, 17 oktyabr — Sputnik. Xəbər verildiyi kimi, cari ilin sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib ki, qanunvericiliyə əsasən, yeni nəsil şəxsiyyət vəsiqəsinin əsas özəlliklərdən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir. 

Bildirilib ki, Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək, onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

260
Teqlər:
yeni nəsil şəxsiyyət vəsiqəsi, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Daxili İşlər Nazirliyi
Əlaqədar
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edir
Daxili İşlər Nazirliyi Bakıda yaşanan dəhşətlə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi son sutka ərzində baş verənlərə aydınlıq gətirib
Daxili İşlər Nazirliyi elan verdi
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edir: Bu hadisə hər kəsin başına gələ bilər
Daxili İşlər Nazirliyi valideynlərin təlaşına son qoydu
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

20
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

20

Moskvada ölü basdıranların atışması: yaralını da həbs etdilər VİDEO

23
(Yenilənib 23:50 24.05.2020)
Polis hadisənin iştirakçısı olan 4 nəfəri, o cümlədən bir nəfər yaralını saxlayıb. Məlumata görə, saxlanılanların hamısı Orenburqdan gəlib

BAKI, 24 may — Sputnik. Moskvanın Kaşirski şossesində yerləşən yaşayış kompleksinin həyətində silahlı insident olub. Avtomobil sahibləri parklanma sahəsində atışıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “360”a hadisə şahidi olan bir qız danışıb.

“Yasnıy” yaşayış kompleksində atəş açılan zaman qız dostu ilə birlikdə itini gəzdirirmiş. Hadisə qızdan cəmi 1 m aralıda baş verib.

“Arxaya hərəkət edən maşın qəfil dayandı, həmin vaxt qarşıdakı avtomobildən artıq atəş açırdılar. Bu maşından da oğlanlar tökülüşüb avtomatdan cavab atəşi açdılar”, - qız deyib.

Yaşayış kompleksinin sakini olan digər qadın “360”a danışıb ki, hadisə zamanı xeyli maşına zərər dəyib. Onun sözlərinə görə, kişilərin əllərində avtomat və tapançalar olub, onların sayı 10-dan çox imiş.

Polis hadisənin iştirakçısı olan 4 nəfəri, o cümlədən bir nəfər yaralını saxlayıb. Məlumata görə, saxlanılanların hamısı Orenburqdan gəlib.

RF CM-nin 105 (“Sui-qəsd”), 222 (“Qanunsuz silah gəzdirmə”) və 213-cü (“Xuliqanlıq”) maddələri ilə cinayət işi açılıb.

Bildirilir ki, yaralanan şəxs – 37 yaşlı Nikolay Sedov – hadisədən sonra avtobus parkının ərazisində gizlənib. O, kürəyi və üzündən xəsarətlər alıb. Ümumilikdə insidentdə ov tüfəngləri ilə silahlanmış 8-dən çox adamın iştirak etdiyi deyilir. Onlar bir neçə avtomobildə hadisə yerini tərk ediblər. Şəhərdə polis əməliyyat başladıb.

Hadisənin ilkin səbəbi kimi dəfn biznesi sahəsində fikir ayrılıqları göstərilir. Bu barədə Baza Telegram kanalında məlumat yayılıb. 

Bildirilir ki, münaqişə GrandRitual və "Moskvada N1 Ayin xidməti" agentliklərinin əməkdaşları arasında başlanıb. Menecerlərdən biri külli miqdarda pulu gizlədib, insident də bundan qaynaqlanıb. Atışmada iştirak edənlər "Ford Focus" avtomobilində qaçıblar. Polislər onları haqlaya biliblər. Nəqliyyat vasitəsi isə taksi kimi qeydiyyatdan keçirilib və Keniya vətəndaşı İslam Xutsmiyevə məxsusdur.

23