Maykl qasırğası

Amerikalıların kabusu "əl saxlamır" - Daha 29 ölü

64
(Yenilənib 15:44 17.10.2018)
Florida ştatında 19 nəfər, Virciniyada 6, Şimali Koralinada 3, Corciyada isə 1 nəfər həlak olub

BAKI, 17 oktyabr — Sputnik. Amerikada "Maykl" qasırğasının qurbanlarının sayı artmaqda davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, son məlumatlara görə, Florida ştatında 19, Virciniyada 6, Şimali Koralinada 3, Corciyada isə 1 nəfər həlak olub.

Qasırğa səbəbilə Floridada bir neçə "F-22" təyyarəsinin saxlanıldığı və təmir edildiyi "Tindall" anqarı çöküb.

Xatırladaq ki, "Maykl" qasırğası oktyabrın 10-dan ABŞ-ın cənub-şərq sahillərində başlayıb. Qasırğanın gücü Saffir-Simpson 5 ballıq şkalası ilə 4 bal gücündə müəyyən edilib. Bir gün sonra isə qasırğa zəifləyib.

64
Teqlər:
"Maykl" qasırğası, Florida ştatı, Amerika
Əlaqədar
Tramp evini qasırğa dağıdan adamla məzələndi: “Qazanmısınız”
Dəhşətli qasırğa başlayır: 200 min insan təhlükə ilə üz-üzədir
Qasırğa həyəcanı verildi, 30 minədək insan evindən didərgin düşdü
Qasırğa şəhər sakinlərini belə qorxutdu
Qasırğa ilə futbol oynadı, qardaşı isə bu anı videoya çəkdi
Qasırğa qurbanlarının sayı 240-a çatıb
Qasırğa baş nazirin evini uçurdu
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

0
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

0
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

Vətən uğrunda canından keçənlərin uyuduqları məkan yenidən təmir olunur

1
(Yenilənib 16:45 08.08.2020)
Xaçmazın Şəhidlər Xiyabanında quruculuq işləri aprel ayından başlanılıb. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Xaçmaz rayonunda baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanı yenidən qurulur. Rayonun icra başçısı Elnur Rzayevin qərarı ilə uzun müddətdir baxımsız halda olan Şəhidlər Xiyabanında əsaslı bərpa və təmir işləri başlanılıb. Bununla bağlı məlumatı Sputnik Azərbaycan-a Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimova verib.

Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra burada yeni yaşıllıqlar, ağac və gül kolları əkiləcək və abadlaşdırılacaq: “Xaçmaz rayonundan Vətən uğrunda 225 nəfər şəhid olub. 2006-cı ildə onların xatirəsini əbədiləşdirmək  üçün Şəhidlər Xiyabanı kompleksi salınıb. İllər keçdiyinə görə xiyaban yararsız hala düşüb. Və bu səbəbdən burada yenidən quruculuq-bərpa işləri aparılır. 2500 kvadratmetr sahəni əhatə edən xiyabanda quruculuq işləri aprel ayından başlanılıb. Hal-hazırda işlər davam etdirilir. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir”.

  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

“Xiyabanın mərkəzində hündürlüyü 17 metrə yaxın olan "Əbədi məşəl" xatirə kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, xiyabanda Xaçmazın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü də qoyulacaq. Aprel ayında başlanılan quruculuq işlərinin oktyabr ayında başa çatacağı gözlənilir. Təbii ki, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Bundan başqa, xiyabanla yanaşı, kəndlərdəki şəhidlərin də məzarları yenidən bərpa edilir”, - Y.Məhsimova bildirib.

Şəhidlər Xiyabanında gedən təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Bu barədə açıqlama verən şəhid Niftəliyev Adil Kamal oğlunun bacısı Qızılgül xanım öz duyğularını bizimlə bölüşüb. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib. Onun sözlərinə görə, xiyabana gedən zaman lövhələrin yararsız hala düşdüyünü görəndə çox narahat olurdular. O, ən azından lövhələri yaxşı vəziyyətdə görəndə mənən də olsa rahatlıq tapdıqlarını bildirib.

1
Əlaqədar
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
General Polad Həşimovun adı əbədiləşdiriləcək