Территория оползней на Баиловском склоне в Баку

Sürüşmə zonasından son xəbər

177
(Yenilənib 10:16 17.10.2018)
Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub

BAKI, 17 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında bu gün saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.

Xatırladaq ki, Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə ərazisində gərginlik oktyabrın 1-də müşahidə edilib. Oktyabrın 12-də səhər saatlarında isə sürüşmə baş verib. Proses günbəgün daha təhlükəli məcraya doğru gedir.

177
Teqlər:
Bayıl, Badamdar, sürüşmə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Badamdardakı sürüşmə ilə bağlı təhlükəli gəlişmə - VİDEO
Sürüşmə zonasından son xəbər gəldi
Badamdarda sürüşmə anı çəkildi - VİDEO
SOS: Badamdarda sürüşmə aktivləşib, torpaq qatı asfaltın üstünə qədər gəlib
Sakinlərin diqqətinə: Sabah sürüşmə ərazisi ilə bağlı tədbir görüləcək
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi