Metro

Bakı metrosunda Gürcüstan vətəndaşı ölüb

100
(Yenilənib 13:30 16.10.2018)
Gürcüstan vətəndaşı Təhməz Qurbanov qatar gözləyərkən halı pisləşib

BAKI, 16 oktyabr — Sputnik. Dünən səhər 06:30 radələrində Bakı Metropolitenində sərnişin dünyasını dəyişib. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının platformasında baş verib.

"Gürcüstan vətəndaşı, 1954-cü il təvəllüdlü Təhməz Qurbanov qatar gözləyərkən halı pisləşib. Təcili tibbi yardım çağırılıb. Amma hadisə yerinə çağırılan həkim bildirib ki, Təhməz Qurbanov artıq ölüb" — deyə Metropolitenin sözçüsü qeyd edib.

100
Teqlər:
Bakı Metropoliteni, Bəxtiyar Məmmədov, "Xalqlar Dostluğu", ölüm, metro
Əlaqədar
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Metro ilə gedənlər üçün önəmli xəbər
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi
Metro pulsuz oldu – İlginc səbəb