Stress

Stress xərçəngə səbəb olur

73
(Yenilənib 05:21 16.10.2018)
Həzm sistemi pozulur və xərçəngə meyllilik yaranır

BAKI, 16 oktyabr — Sputnik. Stress və artıq çəki xərçəngə səbəb ola bilər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yağ qatı yığıldıqca bədəndə zərərli maddələr yığılır. Bu da xərçəngin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, xərçəng bədəndəki hüceyrələrin idarəsiz olaraq çoxalmasıdır. Bəd xassəli şiş qan, limfa vəziləri, əzələ, beyin və sümük kimi bir çox yerdə yarana bilir.

Məlumata görə, sağlamlıq bədən, ruh və sosial baxımdan yaxşı olmaq deməkdir. Sağlamlıq üzərində 7 faiz iqlim, 8 faiz tibbi şərait, 10 faiz sosial şərtlər, 15 faiz genetik faktorlar və 60 faiz həyat tərzinin təsirli olduğu qeyd edilir.

Mütəxəssislər qeyd edir ki, xərçəngin yaranmasında ən böyük amillərdən biri də stressdir. Gün ərazində bunu azalda bilmək üçün idman və ya başqa bir fəaliyyətlə məşğul olmaq lazımdır.

Stress xəstəliyin yaranmasında təsirlidir, çünki stress zamanı təzyiq qalxır, şəkər artır və şəxsin metabolizması pozulur. Bu vəziyyət mütəmadi olduğu zaman stress xronikiləşir. Və həzm sistemi pozulur və xərçəngə meyllilik yaranır.

73
Teqlər:
xəstəlik, xərçəng, artıq çəki, stress
Ofisdə işləyən şəxs, arxiv şəkli

Bu şəxslər sabah 14:00-dək işləyəcəklər

3
6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq

BAKI, 4 iyun — Sputnik. İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

3
Əlaqədar
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Abituriyentlərin və şagirdlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
Yeni şərtlər: Daha zibil torbaları da köməyə gəlməyəcək...
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın
Tələbələr imtahan verirlər, arxiv şəkli

Abituriyentlərin şagirdlərin nəzərinə: imtahanların vaxtı dəyişdi

4
"İmtahana buraxılış vərəqəsi" çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur

BAKI, 4 iyun — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdir. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

"İmtahana buraxılış vərəqəsi" çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Yeni şərtlər: Daha zibil torbaları da köməyə gəlməyəcək...
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın