Ev

Evinizdən bu əşyaları çıxarın, əks halda sizi təhlükə gözləyir

208
Uşaqlar üçün aldığınız plastik oyuncaqlara fikir vermək lazımdır

BAKI, 16 oktyabr — Sputnik. Evimizdə elə əşyalar var ki, onları gündəlik istifadə etsək də, bizim sağlamlığımız üçün çox zərərlidir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələn, həyatımıza yeni daxil olan printerlər çox ziyanlıdır. Belə ki, onlar tozları parçalayaraq havaya uçurur. Həmin toz dənəcikləri də insanın nəfəs borusuna düşür. Bu da son nəticədə bir çox xəstəliklərə səbəb olur. Ona görə də printerləri daima havandırılması mümkün olan otaqda saxlamaq lazımdır.

Eyni zamanda uşaqlar üçün aldığınız plastik oyuncaqlara fikir vermək lazımdır. Bu oyuncaqlar, eləcə də qablar uşaqların hormonal pozuntusuna səbəb ola bilər. Keyfiyyətli məhsullardan almaq lazımdır.

Xalçalar da allergik xəstəliklərə səbəb olur. Ona görə də təmiz məhsuldan olan xalçalardan istifadə etmək lazımdır.

Ən zərərli əşyalardan biri də plastik qablardır. Bu qablar yüksək təzyiqə və digər xəstəliklərə səbəb ola bilər. Ona görə də bu qabların əvəzinə şüşə və ya saxsı qablardan istifadə etmək lazımdır.

Yataq dəstlərinə də fikir verməlisiniz. Həm tez-tez dəyişməli, həm də təmiz məhsuldan istehsal olunmalıdır.

208
Teqlər:
oyuncaq, plastik qablar, printer, ziyan, əşya, ev