Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

"Facebook Messenger"-də yeni funksiya

24
(Yenilənib 04:47 16.10.2018)
Yaxın zamanlarda bu mövzu ilə bağlı rəsmi açıqlamanın olacağı gözlənilir

BAKI, 16 oktyabr — Sputnik. WhatsAppda mesaj silmə xüsusiyyəti "Facebook Messenger"də də tətbiq ediləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla bildirir ki, "Facebook" bir müddət əvvəl "Messenger"-də "WhatsApp"-da istifadəçilərin yazdıqları mesajları geri alması — daha doğrusu silə bilməsi funksiyasının tətbiq edəcəyi barədə məlumat vermişdi. Ancaq sosial şəbəkə bu funksiyanln nə zaman reallaşacağı barədə bildirməmişdi.

Bu gün TechCrunch adlı internet saytında "Facebook Messenger"-də mesajların necə silinəcəyi barədə məlumat yayımlanıb.

Android sistemlər üçün nəzərdə tutulmuş "Facebook Messenger"-də tətbiq edilən bu funksiya zamanı "Mesajı Sil" seçimin üstündə "Mesajı Geri al" seçimi yerləşdirilib. Əgər " Mesajl Geri Al" seçimini seçirsinizsə, bu zaman " Facebook Messenger" bunu etmək istəyib istəmədiyinizi soruşur.

Hazırda tətbiq test mərhələsindədir, nə zaman tətbiq ediləcəyi barədə məlumat yoxdur. Yaxın zamanlarda bu mövzu ilə bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

24
Teqlər:
yenilik, funksiya, Facebook Messenger, WhatsApp