Olimpiya çempionumuzdan maraqlı etiraf

© Sputnik / Murad OrujovЧемпионат Азербайджана по борьбе среди взрослых
Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
Abunə olmaq
Turan Bayramov: "Qrupdakı görüşlərim çox da çətin keçmədi"

BAKI, 15 oktyabr — Sputnik. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərbəst güləşçimiz çempionatın rahat keçdiyini qeyd edib.

"İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm" — T.Bayramov vurğulayıb.

Xəbər lenti
0