Karate

Azərbaycanlı idmançı Yaponiyada mükafat qazandı

34
(Yenilənib 10:50 15.10.2018)
Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand winners" mükafatı təqdim olunub

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan idmançıları Tokioda Karate1 Premyer Liqa seriyasından ilin son turnirində müəyyən səbəblərdən uğur əldə edə bilməyiblər. Bu barədə  Sputnik Azərbaycan-a Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə alan F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyib. Ayxan Mamayev (-84 kq) isə üçüncü görüşdə ciddi zədələnərək məğlubiyyətə məcbur olub. Şahin Atamov (+84 kq) hakim səhfi üzündən məğlub olub. İrina Zretska (-68 kq) isə yarımfinal görüşünün son saniyələrində qələbəni əldən verib.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara "Grand winners" mükafatı təqdim olunub. Milli komandanın üzvlərindən daha uğurlu mövsüm keçirən Rafael Ağayev (-75 kq) bu mükafata layiq görülüb. Dünya Karate Federasiyasının Karate1 seriyasından yarışda 70 ölkədən 630 idmançı iştirak edib.

Qeyd edək ki, 16 oktyabr tarixində Bakıya dönən milli komanda ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.

34
Teqlər:
Karate1 Premyer Liqa, Dünya Karate Federasiyası, Rafael Ağayev, karate, Tokio
Əlaqədar
Karate milli yığması əsas məqsədini açıqladı
Karate millimiz yeni qızıllar üçün yollandı
Ağdaşda karate müəllimi 500 manata görə öldürülüb
Milli Karate Federasiyası söz-söhbətə son qoydu
Bakıda "Karate günü" keçirilib
Karate tariximizdə daha bir ilkə imza atıldı
AstraZeneca vaksini, arxiv şəkli

"AstraZeneca" öldürür: Avropa ölkəsi ondan imtina etdi

3
(Yenilənib 19:08 07.03.2021)
Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır.

BAKI, 7 mart - Sputnik. Avstriyada yeni növ koronavirusa (COVİD-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır. Avstriya Federal Nəzarət Xidməti bildirib ki, hazırda baş verən hər iki halın vaksinlə əlaqədar olduğu dəqiq bilinmir:

“Müvafiq ekspertlərin iştirakı ilə araşdırma aparılır. Ehtiyat tədbiri olaraq vaksinin bu partiyasından istifadə edilməyəcək”.

Qeyd edək ki, martın 2-də Avstriya Federal Nəzarət Xidməti “Pfizer-BioNTech” vaksinin vurulmasından sonra 41 ölümün qeydə alındığını, ancaq bu ölümlərin vaksinlə əlaqəsinin müəyyənləşmədiyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqe media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ÜST rəsmi bildirir ki, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

 

3
Teqlər:
Sinovac/Biothec, peyvənd, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19, AstraZeneca
Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası

Diplomatların Qarabağ turu: Fransa səfirindən "uşaq tərbiyəsi" resepti

26
(Yenilənib 18:53 07.03.2021)
Fransanın Azərbaycandakı səfiri Zakari Qross: "Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar".

BAKI, 7 mart — Sputnik. Xarici ölkələrin Azərbaycandakı nümayəndələri – diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti turu baş tutub.

Sputnik Azərbaycan Real-a istinadla xəbər verir ki, onları Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Səfərin məqsədi ermənilərin regionda törətdiyi vandal əməlləri, xarabalığa çevrilmiş evləri, məhv edilmiş infrastruktur və ekologiyaya vurulan zərəri beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

Diplomatlar ilk olaraq Füzulinin Merdinli kəndində erməni vandalizmi izləri ilə tanış olublar. Buradakı məscidə ziyarət təşkil edilib. Hikmət Hacıyev ermənilərin məsciddə heyvan saxladıqlarını diplomatların nəzərinə çatdırıb.

Daha sonra məscidi ziyarət edən Liviyanın Bakıdakı müvəqqəti işlər müdiri Əşrəf Adəm ermənilərin burada törətdiyi qeyri-insani davranışları sərt şəkildə tənqid edib.

Diplomatlar daha sonra Füzulidə hazırda tikilməkdə olan hava limanı ərazisinə gəliblər. Burada görülən işlərlə tanışlıq olub.

Səfərin növbəti dayanacağı Qubadlı isə diplomatlara ilk olaraq burada ətraf-mühitə vurulan zərər-ziyan, ermənilərin kəsilib məhv etdiyi ağaclar göstərilib.

Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin ekologiyasına dəyən zərər barədə məlumat veribər.

Diplomatik korpusun nümayəndələri daha sonra Laçına gəliblər. Güləbird Su Elektrik Stansiyasına səfər təşkil edilib.

Yol boyu diplomatların əksəriyyəti erməni vandalizmini qınadığını bildirib.

"Bu, onun sübutudur ki, Azərbaycan və Ermənistan sülhə və barışığa getmək üçün addımlar atmalıdır. Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar", - Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib

Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro: "Burada törədilən çox saylı dağıntılara baxmayaraq Azərbaycanın qısa müddətdə gördüyü yenidənqurma işləri, regiona etdiyi yatırımları ilə sərgilədiyi gələcəyə yönəlik mövqeyi məni çox mütəəssir etdi. Mənim xalqım da gələcəyi, inkişafı düşənən xalqdır. Ona görə bu, xüsus məni heyran edir. Əlbəttə, müharibə dəhşətlidir, dağıntılar mənfur əməllərdir. Baxın. Boyaqın qoxusu hələ də hiss olunur. Bura gənc bir ölkədir, möhtəşəm gələcəyi var. Azərbaycanın ittiham irəli sürmək üçün tam hüququ var. Bu, tərəfləri məsələ ilə bağlı müvafiq forumlara çıxaracaq. Vacib olan gələcəyə baxmaqdır".

"Əlbəttə, dağıntılar, xüsusilə, ibadət evlərinin dağıdılması inanılmazdır. Səfər boyu ilk dayandağımız məntəqədəki məsciddə bunun şahidi olduq. Bu, mənim üçün məqbul bir hərəkət deyil. Ermənilər burada SES-ə də zərər vurubmuşlar. Bu cür əməlləri heç bir ölkə qəbul etməz. Məscidlərin dağıdılması bir yana, onlar bu ibadət evindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Burada mal-qara, donuz saxlayıblar. Bu, bəşər normalarına qarşıdır. Heç nə demək olmur. İnsan bu cür əməlləri təsəvvür belə edə bilmir. Çox pis əməllərdir", - İndoneziya Səfirliyinin nümayəndəsi Yusuf Yusuf bildirib.

"Azərbaycan hökuməti və onun prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirik ki, Qubadlı, Zəngilan və Laçına gəlib buradakı işləri yaxından görmək üçün bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Buradakı dağıntıları yerli sakinlərindən ayrı düşmüş evləri görmək ürəksığıcıdır. Bu evlərdə uşaqlar, ailələr yaşayırdı. İndi isə evlər dağılıb və geriyə xatirələr qalıb. Digər tərəfdən, buradakı yeni müasir Su Elektrik Stansiyasının necə sürətlə tikilmiş olduğunu gördük və bu da bizi mütəəssir etdi. Bu, Azərbaycan xalqının və hökumətinin mətanətini, qətiyyətini göstərir. Azərbaycan xalqına və, ümumilikdə, region əhalisinə sülh şəraitində yaşamağı arzulayırıq. Təşəkkür edirəm", - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Karim deyib.

Qeyd edək ki, Füzuli və Qubadlı müvafiq olaraq ötən ilin 17 oktyabr və 25 oktyabr tarixində milli ordumuz tərəfindən işğaldan azad edilib. Laçın isə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs bəyanatına əsasən, 1 dekabrda Azərbaycana təhvil verilib.

26
Teqlər:
Qarabağ, Hikmət Hacıyev