Bakı ayağımızın altından qaçmaqda davam edir

© Sputnik / Rahim MuradovLənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi
Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüşmə sahəsində evlərə mayaklar qoyulub

BAKI, 15 oktyabr — Sputnik. Bayıl yamacında sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan verilən məlumat verilib.

Bildirilib ki, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabiillik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.

Qeyd edək ki, son günlər Badamdarda, 20-ci sahə avtomobil yolunun sağ kənarında təhlükəl torpaq sürüşməsi yaşanır. Ərazidə ara-sıra uçqunlar müşahidə edilir.

Bundan əvvəl artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alındığı barədə məlumat yayılmışdı.

Xəbər lenti
0