Bakıda polis avtomobilləri, arxiv şəkli

Avtomobil qaçıranlar tutuldu

87
(Yenilənib 18:32 13.10.2018)
Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıb

BAKI, 13 oktyabr — Sputnik. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda və oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin "VAZ-2107" markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.

Sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin "Mercedes" markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə sentyabr ayı ərzində rayon ərazisində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

87
Teqlər:
həbs, oğru, avtomobil, Daxili İşlər Nazirliyi, polis əməkdaşları