Birinsi sinifdə tədris prosesi, arxiv şəkli

Azərbaycanın orta məktəblərində milli azlıqların dilləri tədris olunmağa başlayıb

10116
(Yenilənib 16:21 12.10.2018)
Bu ildən etibarən həmin rayonların təhsil şöbələrinin xüsusi göstərişi ilə fənnin tədrisi yenidən bərpa olunub

BAKI, 12 oktyabr — Sputnik. 2018-2019-cu tədris ilindən etibarən Azərbaycanın cənub bölgəsində talış dili tədris olunacaq. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar Lerik, Lənkəran, Astara və Masallı rayonlarnın təhsil şöbələri tərəfindən orta məktəblərə göstəriş verilib.

Əldə etdiyimiz məlumata əsasən, bir neçə il əvvələ qədər etnik xalqların dilləri (talış, ləzgi, avar və s.) onların yaşadığı bölgələrdə yerləşən bir sıra məktəblərdə 4-cü sinifə qədər tədris olunurdu. Lakin bir neçə il əvvəl bəzi məktəblər daxili qərarla bu fənnin tədrisini ləğv eləmişdilər. Və bu ildən etibarən həmin rayonların təhsil şöbələrinin xüsusi göstərişi ilə fənnin tədrisi yenidən bərpa olunub.

Xüsusi ilə Lerik, Lənkəran, Astara və Massalı rayonlarının talışların yaşadığı ərazilərində yerləşən orta məktəblərdə 2018-2019 tədris ilindən etibarən talış dili fənni tədris olunacaq.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirildi ki, milli azlıqların dillərinin orta məktəblərdə tədrisi sovet dövründə də olub.

"Bu, yenilik deyil. Hələ sovet dövründən ölkədə olan milli azlıqlar nəzərə alınaraq, gürcü dili, ləzgi dili, talış və digər milli azlıqların dili məktəblərdə tədris edilir. Hazırda həmin dillərin tədrisi davam etdirilir" — deyə TN-dən vurğulandı.

10116
Teqlər:
talış dili, cənub, Azərbaycan
Əlaqədar
Orta məktəblərdə informasiya fənninin tədris olunması təklif olunur
Yenidən məktəbə: 2018/2019-cu tədris ili
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi
Nazirlik tədris ilinin başlama və sona çatma günlərinə aydınlıq gətirdi
Təhsil eksperti tədris ilinin yekunları barədə danışdı
Ekspert tədris ilinin yekunları barədə

İsmayıllının qaranlıq günü: Orada işıqlar niyə sönür?

0
(Yenilənib 14:32 20.01.2021)
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu: "Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:

"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".

0
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

"Şəhidlərin simvolu qərənfillər bu gün xarı bülbül ilə birlikdə açır" - Çavuşoğlu

2
(Yenilənib 14:02 20.01.2021)
Türkiyə XİN başçısı deyib ki, şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır.

BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.

2
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şəhidlər Xiyabanı, şəhidlər, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu