Azərbaycanda dövlət çevrilişinə çağırış edən şəxs həbs olundu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxs barədə axtarışı başladan tərəfə məlumat verilib

BAKI, 12 oktyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada Azərbaycanda terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə çağırışlarına görə İnterpol vasitəsilə beynəlxalq axtarışa verilən şəxs tutulub. Bu barədə Sputnik Azərbaycan "Moskva" agentliyinə istinadən xəbər verir.

На въезде в Гянджу - Sputnik Azərbaycan
Gəncə hadisələri ilə bağlı yeni faktlar üzə çıxdı - RƏSMİ

Oktyabrın 11-i Moskvada, memar Vlasov küçəsində bu ilin iyulundan etibarən Azərbaycan Cinayət Məcəlləsində "Terrorizm", "Qəsdən adam öldürmə", "Qanunsuz silah dövriyyəsi", "Zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək", "Dövlət xadiminin həyatına qəsd", "Qanunvericiliklə icazə verilməyən silahlı qruplaşmanın yaradılması", "Dövlətə qarşı ictimai çıxışlar" maddələri üzrə beynəlxalq axtarışa verilən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxsin Gəncə hadisələrində əli olub. "Saxlanılan şəxs barədə axtarışı başladan tərəfə məlumat verilib" — deyə məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb. Məlumatda deyilirdi ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti
0